“Şair Vaqif” gəmisi təmirdən sonra yenidən yükdaşımalara cəlb olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Vaqif” universal quru yük gəmisinin tərsanə təmiri başa çatıb.
“Report” ASCO-ya istinadla xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilən təmir zamanı gəmidə gövdə qaynaq, boruquraşdırma, elektrik, ağac emalı işləri yerinə yetirilib. Gəmi üzrə mexanizmlərin, nasosların, braşpillərin və şpillərin təmiri aparılıb.
Bundan başqa, gəminin sualtı və suüstü hissəsi, göyərtələri, yük anbarlarının qapaqları təmizlənib və rənglənib.
Gəminin rabitə və elektronaviqasiya sistemində də əsaslı işlər görülüb. Belə ki, mövcud radionaviqasiya avadanlıqlarının illik yoxlanışı, təmiri, tənzimlənməsi və sertifikatlaşdırılması ilə bərabər bir neçə yeni avadanlıqlar da quraşdırılıb.
Gəmi təmir başa çatdıqdan sonra müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.
Təmirdən sonra “Şair Vaqif” gəmisinin ilk səfəri Ələtdən Aktau limanına olub.
Qeyd edək ki, uzunluğu 108,33 metr, eni 16,74 metr olan gəmi 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.
Oxşar xəbərlər
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
ASCO geoloji kəşfiyyat qazma gəmisini əsaslı təmir edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
ASCO-da gəmilərin təmiri nəticəsində yanacağa 2-3 % qənaət edilir
Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq













