SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib
“Azfen” birgə müəssisəsi 2023-cü ili 11,466 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 7,1 dəfə azdır.
Ötən il “Azfen”in vergiyəqədərki mənfəəti 14,286 milyon manat (əvvəlki ilə nisbətən 7,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 2,821 milyon manat (8,3 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azfen”in aktivləri 276,573 milyon manat olub ki, bu da illik müqayisədə 14 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 3,3 dəfə azalaraq 25,042 milyon manata düşüb, balans kapitalı isə 4,8 % artaraq 251,531 milyon manata çatıb.
Xatırladaq ki, "Azfen" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 277 min manatdır. Şirkətin təsisçiləri 60 % payla Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin "Tekfen İnşaat və Tesisat Anonim Şirkəti"dir.
Oxşar xəbərlər
Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 8 milyon manatdan çox xalis mənfəət əldə edib
“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin xalis mənfəəti 20 % azalıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
DOST Agentliyi zərərdən mənfəətə keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib













