Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı başa çatıb
Far.Az xəbər saytı

Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı başa çatıb


Nüfuz alverində təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü Rzayev Babək Vahid oğlunun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Far.Az” xəbər verir ki, cinayət işi baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilərək hakim Gülnar Səfərəliyevanın icraatına verilib.

Qeyd edək ki, onun barəsində bu ilin sentyabr ayında cinayət işi açılıb. İstintaq materiallarına görə, Babək Rzayev Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirib.

O, 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pulu tələb edərək almaqda təqsirləndirilib.

Babək Rzayevə qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Tovuzda Vəkil Bürosunun rəhbəri və vəkilə qarşı ittiham irəli sürülüb, cinayət işi başlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB
Kənd təsərrüfatı məhsullarının ixracından gələn 20 milyon manata yaxın pulu Azərbaycana qaytarmayan şəxslər müəyyən edilib
Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər