ƏMAS-a yeni funksiya əlavə edilib, məhkumluq haqqında arayış almaq mümkündür
Far.Az xəbər saytı

ƏMAS-a yeni funksiya əlavə edilib, məhkumluq haqqında arayış almaq mümkündür


“Əmək və məşğulluq” altsisteminə (ƏMAS) məhkumluq haqqında arayışın əldə olunması ilə bağlı yeni funksionallıq əlavə edilib.

Bu barədə "Report"a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, işçi məhkumluq haqqında arayış əldə etmək üçün “mygov” portalına və ya mobil tətbiqinə giriş edərək “Xidmətlər” bölməsindən "Məhkumluq haqqında arayış" seçimini edə bilər. Daha sonra "İşə qəbul üçün" və ya “digər” bölmələrindən birini seçməklə arayışın hansı məqsədlə tələb olunduğunu qeyd edə bilər.

“İşə qəbul üçün” seçimi edildiyi təqdirdə işçi qurumun adını və ya VÖEN-i daxil etməklə arayışı göndərmək istədiyi qurumu müəyyən edir və müvafiq arayış həmin qurumun ƏMAS altsisteminə rəqəmsal qaydada ötürülür.

İşəgötürənlər isə ƏMAS-ın “Təqdim olunan arayışlar” bölməsinə daxil olmaqla işçilərin məhkumluq haqqında arayışlarını elektron qaydada əldə edə bilərlər.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı ilə yaradılmış bu funksionallığın əsas məqsədi işçilərin vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun təmin edilməsidir" , - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“SİMA İmza” ilə ƏMAS-da 150 mindən çox müqavilə imzalanıb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər