"Qəbələ"nin baş məşqçisi: "Yevlax şəhər stadionunda futbol oynamaq olmaz"
Yevlax şəhər stadionunda futbol oynamaq olmaz.
Bunu "Report"a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
O, ötən gün Azərbaycan I Liqasında "Karvan"a qalib gəldikləri matç barədə danışarkən, qarşılaşmanın keçirildiyi Yevlax şəhər stadionunun ot örtüyünün bərbad vəziyyətdə olduğunu söyləyib:
"Ot örtüyünün pis vəziyyətdə olması normal futbol oynamağa imkan vermirdi. Meydanda yalnız həddən artıq mübarizə var idi. Görüşün taleyini bir səhv həll etməli idi. Oyunda futbol adına heç nə yox idi. Fikrimcə, elə meydanda, ümumiyyətlə, futbol oynamaq olmaz. Əlbəttə, artıq lider olduğumuza görə sevinirəm. Bu, çox yaxşı haldır. Amma qarşıda daha çox oyun var. Bizi gərgin mübarizə gözləyir. Bütün rəqiblər bizimlə oyunlara motivasiyalı çıxırlar. Bu səbəbdən hər bir matça ciddi hazırlaşmalıyıq. Çıxdığımız görüşlərdə maksimum nəticə qazanaraq "Qəbələ"ni Premyer Liqaya qaytarmalıyıq".
Qeyd edək ki, VII turda "Karvan"a 1:0 hesabı ilə qalib gələn "Qəbələ" xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib. 18 xalı olan "Karvan" isə ikinci pilləyə enib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Gəncə şəhər stadionunun tikintisi üçün 15 milyonluq müqavilə imzalanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













