"Araz-Naxçıvan"ın baş məşqçisi: "Komanda stress altında oynamağı bacarmalıdır"
Komanda stress altında oynamağı bacarmalıdır.
"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının XV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
44 yaşlı çalışdırıcı qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
"Ağır oyun oldu. Kimə qarşı oynadığımızı bilirdik. "Turan Tovuz" bu mövsüm iddialıdır və meydanda yaxşı işlər görür. Həftə ərzində komandanı buna hazırlayırdıq. Sonda istəyimizə nail olduq. Yolumuza davam edirik. Əslində komanda stress altında oynamağı bacarmalıdır. Amma I turdan üzərimizdə hansısa təzyiq, gərginlik hiss etməmişik. Komandanı hər zaman stressdən uzaq tutmuşuq. Yaxşı, keyfiyyətli futbolçularımız var. Onlardan güc alırıq. Məşqlərdə verdiklərimiz tapşırıqları meydanda icra edirlər. Hücum planında bir qədər artırmalıyıq. Hər oyunda 6-7 real qol epizodu yaradırıq, problem onları realizə etməklə bağlıdır. Bunun üzərində işləməli, kreativliyi artırmalıyıq. Rəqiblərimizin qarşılaşmalarından çox öz oyunlarımıza diqqət edir, köklənirik. Hər oyun bizim üçün derbi xarakteri daşıyır".
Qeyd edək ki, XV turun görüşündə "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













