Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq
Far.Az xəbər saytı

Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq


"Neftçi" ilə oyunda vacib qələbə qazandıq.

"Far.Az"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis ilk hissədə komandasından razı qalmadığını bildirib:

"Stadionda yaxşı atmosfer var idi. Hər iki klubun azarkeşlərinə təşəkkür edirəm. Samir Abasova və "Neftçi"yə uğurlar arzulayıram".

Qurbanov braziliyalı yarımmüdafiəçi Julio Romaonu zədələndiyi üçün əvəzlədiklərini söyləyib. O, Nəriman Axundzadə və Musa Qurbanlı barədə da danışıb:

"İkisi də bu gün pis çıxış etmədilər. Daha yaxşı oynamaları üçün oyun sayları çoxalmalıdır".

Baş məşqçi bu görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb:

"Hazır olan futbolçulara hər zaman şans veririk. Bəzilərində yüklənmələr çox olduğundan bu gün meydana buraxmadıq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6
Samir Əliyev: “U-21-in baş məşqçi postundan ayrılmaqla bağlı qərarımı son iki oyundan əvvəl vermişdim” - MÜSAHİBƏ
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər