"Kəpəz"in baş məşqçisi: "İmişli" ilk dəqiqələrdən yaxşı müdafiə olundu"
Far.Az xəbər saytı

"Kəpəz"in baş məşqçisi: "İmişli" ilk dəqiqələrdən yaxşı müdafiə olundu"


Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu.

"Far.Az" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "İmişli"yə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildiirb:

"Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma yararlana bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü "Zirə" ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, "İmişli"yə 1:0 hesabı ilə qalib gələn "Kəpəz" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Samir Əliyev: “U-21-in baş məşqçi postundan ayrılmaqla bağlı qərarımı son iki oyundan əvvəl vermişdim” - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər