

“Vətən" poeması Türkiyə səfirinə təqdim edildi - FOTO
Şair Ramiz Qusarçaylının qələmə aldığı dərin məzmunlu və vətənpərvər ruhlu əsərləri poeziyamızda mühüm yerlərdən birini tutur. Təməli "Azərbaycan Bayrağı" şeirilə qoyulan “Vətən” poeması isə onun yaradıcılığına xüsusi önəm verir. Şairin təbirincə desək; “Vətən haqqında o qədər yazıblar ki! O qədər yazırlar ki! O qədər yazacaqlar ki!”.
Bəli, Vətən haqqında nə qədər yazılsa azdır. Azərbaycan və İraq Türkmən Yazıçılar Birliklərinin üzvü, AYB Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı “Vətən” poemasına görə bir sıra mükafatlara, o cümlədən, Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "Əhməd Cavad" mükafatına, 2022-ci ildə isə İstanbulda keçirilən şeir festivalında "Vətən" poemasını, "Azərbaycan bayrağı” və "İstanbul" şeirlərini, türk dünyası qarşısındakı xidmətlərini nəzərə alaraq "Ziya Paşa mükafatı"na, Azərbaycan Mədəniyyət Nazirinin, Azərbaycan MM-nin Mədəniyyət Komitəsinin, AMEA-nın Fəxri Fərmanlarına layiq görülüb.
Ramiz Qusarçaylı “Vətən” poemasının Türk dilində yenicə çapdan çıxmış "Vatan" kitabını ilk olaraq Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağcıya təqdim etdi. Görüş zamanı Türkiyə və Azərbaycanın qədim və şərəfli tarixi, ortaq ədəbi əlaqələrimiz, ədəbiyyatımızın müasir mənzərələri barədə mülahizələr paylaşıldı, maraqlı fikir mübadilələri aparıldı.
Türkiyə səfiri şairə ziyarətindən məmnunluğunu ifadə etdi, türk dünyası adına önəmli fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzuladı. Görüş zamanı səfir Cahit Bağcı Ramiz Qusarçaylıya müəllifi olduğu "Yoxuşun Uşaqları" kitabını hədiyyə etdi. Şair sonda səmimi qəbula görə cənab səfirə, yaradıcılığına göstərdikləri diqqət və qayğıya görə İdarə Heyətinin sədri Rəşad Cabirlinin timsalında "MÜSİAD Azərbaycan" İş Adamları Cəmiyyətinə təşəkkürünü bildirdi.
BAKU.WSOxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bu gün maestro Niyazinin doğum günüdür
Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - FOTO
Müslüm Maqomayevin məzarı ziyarət edilib
Maestro Niyazinin məzarı ziyarət edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda dəhşətli QƏZA - Motosiklet yük maşınına çırpıldı, kuryer ÖLDÜ
-
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alan 24 nəfərin son durumu açıqlanıb
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 20 nəfər xəsarət alıb
-
Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub
-
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
-
Tofiq Bəhramov adına Respublika stadionu ESSMA-ya rəsmi olaraq üzv qəbul edilib