"Mançester Siti"nin illik gəliri ötən ilə nisbətən artaraq rekord həddə çatıb
Far.Az xəbər saytı

"Mançester Siti"nin illik gəliri ötən ilə nisbətən artaraq rekord həddə çatıb


İngiltərə təmsilçisi "Mançester Siti"nin illik gəliri ötən ilə nisbətən artaraq rekord həddə çatıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Şəhərlilər"in cari il üçün illik gəliri 715 milyon funt-sterlinq təşkil edir. Bu rəqəm ötənilkindən 2,2 milyon funt-sterlinq artıqdır.

Komandanın xalis mənfəəti isə 73,8 milyon funt-sterlinqə bərabər olub.

Qeyd edək ki, son 4 mövsüm Premyer Liqada çempionluq sevinci yaşayan "Mançester Siti"nin sözügedən gəliri İngiltərədəki bütün klubları üstələyir.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Qvardiola “Liverpul” – “Mançester Siti” qarşılaşmasının favoritini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər