“Azərbaycan Dəmir Yolları” QSC ISO 9001:2015 sertifikatını qazanıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq ISO 9001:2015 keyfiyyəti idarəetmə sistemi standartına uyğunluğunu təsdiq edən beynəlxalq sertifikatı qazanıb.
“Report” xəbər verir ki, sertifikat ADY-nin fəaliyyətinin ISO 9001 standartının tələblərinə uyğunluğunu qiymətləndirmək üçün aparılmış auditin nəticələri əsasında “TÜV Austria GMBH” sertifikatlaşdırma təşkilatı tərəfindən təqdim edilib.
ISO standartları dünyada ən geniş yayılmış önəmli standartlardandır. ADY ISO 9001 sertifikatını almaqla qlobal səviyyədə yük və sərnişin daşımaları xidmətlərini təkmilləşdirmək istiqamətində çalışdığını bir daha təsdiq edir.
ISO 9001 sertifikatı Azərbaycan Dəmir Yollarının rəqabətqabiliyyətini daha da artıraraq müştəriləri və tərəfdaşları ilə daha sıx əlaqələr qurmasını təmin edir. Eyni zamanda, şirkətin strateji inkişafını daha da möhkəmləndirir, xidmət və məhsul keyfiyyətini yüksəltməklə müştəri məmnuniyyətini artırır.
ISO 9001 standartının tələbləri əsasında daxili proseslərin daha da optimallaşdırılması və səmərəliliyin artırılması nəticəsində daha effektiv müştəri yönümlü həllər təklif ediləcək. Müştəri məmnuniyyətini daha yüksək səviyyədə təmin edən şirkət üçün yeni biznes imkanları yaranacaq.
ISO 9001 sertifikatı ADY-nin keyfiyyətli xidmət öhdəliyini və müasir idarəetmə yanaşmalarının tətbiq olunmasını daha geniş nümayiş etdirəcək, xidmətlərdə çeviklik və dəqiqlik səviyyələri yüksələcək.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb - YENİLƏNİB
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi













