İmişlidə şəkər çuğundurunun yığımında məhsuldarlıq qeydə alınıb
İmişli rayonunda şəkər çuğundurunun yığımı yekunlaşıb.
Bu barədə "Report"un Muğan bürosuna İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu il rayonda 214.7 hektar sahədə şəkər çuğunduru əkilib. Sahələrdən 5 065, 64 ton məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 23, 59 ton olub.
Məlumata görə, ötən il rayonda sözügedən bitkinin əkini aparılmayıb.
Qeyd edək ki, bu il məhsulun alış qiyməti artıb. Ötən il 16 faiz şəkərlilik dərəcəsi ilə məhsulun tonu 81 manat idisə, bu il 85 manatdır. Artan hər faiz şəkərlilik dərəcəsinə görə əlavə 4 manat da ödəniləcək. Eyni zamanda, şəkər çuğunduruna dövlət tərəfindən də dəstək olaraq hər ton məhsula 18 manat subsidiya ödənilir.
Oxşar xəbərlər
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Cəlilabadda şəkər çuğundurunun yığımı başlayıb, gəmiricilər məhsuldarlığı aşağı salıb
Biləsuvarda şəkər çuğundurunun məhsuldarlığı artıb
Biləsuvarda şəkər çuğunduru yığımı başlayıb, bu il məhsuldarlıq ötənilkindən çoxdur
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib













