Qazaxıstanlılar Aktau yaxınlığındakı faciə ilə əlaqədar Azərbaycana dəstək olmağa davam edirlər
Qazaxıstan rəsmiləri, bu ölkə parlamentinin deputatları və paytaxt Astananın sakinləri Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı vermək və dəstəklərini ifadə etmək üçün Azərbaycan səfirliyinə gəlirlər.
Bu barədə “Report”un Qazaxıstan bürosu məlumat verib.
Faciə təkcə Azərbaycanda deyil, Qazaxıstanda da dərin kədər doğurub. Qazaxıstan paytaxtının sakinləri və rəsmilər səmimi qəlbdən başsağlığı verməyə və mənəvi dəstək olmağa davam edirlər.
Qazaxıstan senatorları və deputatları başsağlığı kitabına ürək sözlərini yazmaq üçün Azərbaycan səfirliyini ziyarət ediblər. Paytaxt sakinləri isə Astanadakı Azərbaycan səfirliyinə gələrək binanın önünə gül və oyuncaqlar qoyurlar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













