Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "PulPal", "PashaPay" və "K Group" MMC-lərə icrası məcburi göstəriş verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı araşdırmalar nəticəsində "PulPal"ın “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq ödəniş xidməti istifadəçilərindən ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsinə dair tələbləri pozduğu üzə çıxıb. Odur ki, həmin qanunun tələbləri rəhbər tutularaq şirkətə icrası məcburi göstəriş verilib.
"Milliön" ödəniş terminallarının və M10 elektron pul qabının sahibi olan “PashaPay”in isə “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası” üzrə fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı tələbləri pozduğu məlum olub. Odur ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun tələbləri rəhbər tutularaq şirkətə icrası məcburi göstəriş verilib.
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group"un isə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun tələblərinə uyğun olaraq emissiya olunan elektron pulların istifadəsi, o cümlədən elektron pulların qalıq dəyəri barədə istifadəçilərə məlumat vermədiyi üzə çıxıb. Odur ki, həmin qanunun tələbləri rəhbər tutularaq şirkətə müvafiq pozuntu hallarının aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş verilib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
COP31-də "Binalarda Enerji Səmərəliliyi üzrə Antalya Razılaşması" imzalanmaq üçün təqdim edilib
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













