Qırğızıstanın Baş naziri Azərbaycan səfirliyində xatirə kitabına ürək sözlərini yazıb
Qırğızıstanın Baş naziri Adılbek Kasımaliyev Azərbaycanın Bişkekdəki səfirliyində xatirə kitabına ürək sözlərini yazıb.
“Report” Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Kasımaliyev AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib.
"Qırğız Respublikası Nazirlər Kabineti adından və şəxsən öz adımdan Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralananlara tezliklə sağalmağı arzulayıram", - o yazıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.
Oxşar xəbərlər
Qazaxıstanlılar Aktau yaxınlığındakı faciə ilə əlaqədar Azərbaycana dəstək olmağa davam edirlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













