Mənimsəmədə ittiham olunan sabiq direktor Ali Məhkəməyə üz tutdu
Far.Az xəbər saytı

Mənimsəmədə ittiham olunan sabiq direktor Ali Məhkəməyə üz tutdu




Şəki Rаyоn Məşğulluq Mərkəzinin sabiq direktоru Elçin Salamov Ali Məhkəməyə kassasiya şikayəti verib.

"Qaynarinfo" xəbər verir ki, onun şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq.

Elçin Salamov 2020-ci ildə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb. İttiham aktına görə, Elçin Salamov 2006-2019-cu illər arasında Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki Rаyоn Məşğulluq Mərkəzinin direktоru vəzifəsində işləyərkən quruma ayrılmış pulları mənimsəyib.

Cinayət işinin məhkəmə istintaqı Şəki Rayon Məhkəməsində aparılıb. Məhkəmə Elçin Salamovu təqsirli bilərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edib.

Elçin Salamov hökmdən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Bu iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkən qismində tanınıb.

BAKU.WS

Oxşar xəbərlər

Cəlilabad arxiv idarəsinin rüşvətə görə tutulan müdirinin cəzası azaldılıb
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Üç uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən sabiq vəzifəli şəxs barədə qərar verilib
Dostlarına zəng edib davaya çağırdı: Həbs edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər