Fransanın "Lion" klubu futbolçuların əksəriyyətini satışa çıxarıb
Far.Az xəbər saytı

Fransanın "Lion" klubu futbolçuların əksəriyyətini satışa çıxarıb


Fransanın "Lyon" klubu feyr-pley ilə bağlı problemlərə görə futbolçuların əksəriyyətini transferə çıxarıb.

“Far.Az”un məlumatına görə, bu barədə “L Equipe” qəzeti xəbər verib.

Maliyyə monitorinqinə cavabdeh olan təşkilat "Lion"un transferlərdən 100 milyon avro qazanacağına qərar verib.

Maliyyə feyr pley qaydasının pozulacağı təqdirdə klub cərimə, balların çıxarılması, yeni gələnlərin qeydiyyata alınmasına qadağa və ya beynəlxalq turnirlərdən kənarlaşdırıla bilər. "Lion" ötən mövsüm Fransa çempionatında 6-cı yeri tutub. Cari çempionatın ilk turunda komanda "Renn"ə 0:3 hesabı ilə məğlub olub. "Lion" yeddi dəfə Fransa çempionu olub, beş dəfə ölkə Kubokunu qazanıb.

Oxşar xəbərlər

Futbol tarixinin 15 ən böyük UĞURSUZ TRANSFERİ - SİYAHI
“Bayer” tarixində ilk dəfə Almaniya Superkubokunu qazanıb
Azərbaycan güləşçiləri dünya çempionatında üçüncü yeri tutub
PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər