Paulo Dibala "Qalatasaray"ın təklifini qəbul etməyib
Far.Az xəbər saytı

Paulo Dibala "Qalatasaray"ın təklifini qəbul etməyib


İtaliyanın "Roma" klubunun argentinalı futbolçusu Paulo Dibala Türkiyə təmsilçisi "Qalatasaray"ın təklifini qəbul etməyib.

"Far.Az" "Tuttosport"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu İtaliya komandasında qalacaq.

Argentina millisinin heyətində dünya çempionu olan futbolçu paytaxt təmsilçisi ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatmaq niyyətindədir.

Qeyd edək ki, P.Dybala 2024/2025 mövsümündə bütün yarışlarda meydana çıxdığı 20 oyunda 5 qola və 2 məhsuldar ötürməyə imza atıb.

Oxşar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - YENİLƏNİB-2
Levandovski "Barselona" ilə müqavilənin müddətini uzatmaq istəyir
Almaniya klubunun futbolçusu "Real"a transfer oluna bilər
DÇ-2026-nın seçmə mərhələsi: Argentina yığması böyükhesablı qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər