Fələstinin BMT-dəki nümayəndəsi TŞ-nın iclasında göz yaşlarını saxlaya bilməyib
Far.Az xəbər saytı

Fələstinin BMT-dəki nümayəndəsi TŞ-nın iclasında göz yaşlarını saxlaya bilməyib


Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur təşkilatın Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə iclasında İsrailin hücumu nəticəsində həlak olan fələstinli həkimdən danışarkən göz yaşlarını saxlaya bilməyib.

“Report” xəbər verir ki, siyasətçi İsrailin Əl Auda xəstəxanasına hücumu nəticəsində həlak olan həkim Mahmud Əbu Nuceylə bağlı xatirəsini bölüşüb:

“Həkim bir neçə ay əvvəl cərrahiyyə planlaması üçün istifadə edilən lövhəyə məlumat yazıb. Mən ondan sitat gətirəcəyəm: “Sona kimi qalan bizim hekayəmizi danışacaq. Əlimizdən gələni etdik. Bizi xatırlayın, bizi xatırlayın”. Bu sözlərdən sonra Mənsur göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən indiyədək ölənlərin sayı 45 658, yaralıların sayı isə 108 583 nəfərdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər