“Liverpul”un yarımmüdafiəçisi London klubuna keçə bilər
Far.Az xəbər saytı

“Liverpul”un yarımmüdafiəçisi London klubuna keçə bilər


Londonun “Kristal Pelas” klubu “Liverpul”a məxsus yarımmüdafiəçi Ben Douk üçün yeni təklif göndərməyi nəzərdən keçirir.

“Far.Az” xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazıb.

“Kristal Pelas” şotlandiyalı futbolçu üçün yeni təklif hazırlamağa çalışdığı halda, “Liverpul” Ben Doukun 30 milyon funt sterlinq dəyərində qiymətləndirməsində israr edəcək”, – nəşr qeyd edib.

“Kristal Pelas” və “İpsviç” 19 yaşlı yarımmüdafiəçini transfer etməyə cəhd göstərib, lakin müvafiq olaraq 15 milyon və 16 milyon funt sterlinqlik təkliflər rədd edilib.

Hələlik klub oyunçunu Maykl Karrikin başçılığındakı “Middlesbro”da icarədə saxlamaq niyyətindədir.

Xatırladaq ki, “Liverpul”un icarə əsasında Avstriyanın “Zaltsburq” komandasında çıxış edən ispaniyalı dayaq yarımmüdafiəçisi Stefan Bayçetiç İspaniyanın “Real Betis” klubunun diqqətini cəlb edib. Bununla belə, Mersisayd təmsilçisinin futbolçusunu mövsüm sonunadək Avstriya klubunda saxlamağı nəzərdən keçirdiyi deyilir.

Bundan başqa, qapıçı Marselo Pitaluqa sərbəst agent kimi “Fluminense”yə keçərək “qırmızılar”ın düşərgəsini tərk edib. Klub gələcək satışdan 40 % pay hüququnu özündə saxlayıb.

Oxşar xəbərlər

“Liverpul”un dayaq yarımmüdafiəçisi mövsümü “Betis”də davam etdirəcək
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
“Neftçi”dən Qara Qarayev ilə bağlı QƏRAR
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
İngiltərə Premyer Liqası: “Arsenal” “Kristal Pelas”ı darmadağın edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər