"Bakıkart" üzrə geri qaytarılan vəsait müvafiq hesablardan çıxılacaq
"Birbank" mobil tətbiqindən isitifadə edilən "BakıKart" QR biletləri üzrə vətəndaşların hesablarına qaytarılan vəsait yanvarın 10-dək müvafiq kart balansından çıxılacaq.
"Report" bu barədə "Kapital Bank" ASC-yə istinadən xəbər verir.
Bildirilir ki, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün "Birbank" mobil tətbiqində QR bilet yaratmaq kifəyətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.
Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin "BakıKart" QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb.
Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq.
Bu mövzuda sualları olan müştərilər "Birbank" mobil tətbiqində 29 noyabr-4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 Sorğu mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Birbank Biznes-lə sərəncam ödənişləri daha asan və rahatdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













