DİN: Bakıda valideynlərin məktəb həyətində dava etməsi araşdırılır, hərəkətə hüquqi qiymət veriləcək
Far.Az xəbər saytı

DİN: Bakıda valideynlərin məktəb həyətində dava etməsi araşdırılır, hərəkətə hüquqi qiymət veriləcək


Bakının Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlərin dava etməsi araşdırılır, hərəkətə hüquqi qiymət veriləcək.

Bunu "Far.Az"a açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli baş verən insidentə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ötən il dekabrın 18-də mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər:

"Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə hər iki şəxs ekspertizaya göndərilib. Polis idarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək".

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər