Qubadlıda yük avtomobili aşıb, sürücü xəsarət alıb
Far.Az xəbər saytı

Qubadlıda yük avtomobili aşıb, sürücü xəsarət alıb


Qubadlı rayonunun Hal kəndi ərazisində “İVECO” markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə “Far.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qubadlı rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Onlar deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan,1995-ci il təvəllüdlü Kənan Səyyad oğlu Rəhimlini çıxarıb təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Salyanda ağır yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin xilas edilib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
FHN Şəmkirdə baş verən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Sabirabadda minik və yük avtomobilləri toqquşub, ölən var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər