Naxçıvanda antisanitar şəraitdə fəaliyyət göstərən bir neçə kafenin fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvan şəhəri, Dairəvi yolun 1-ci kilometrliyində fəaliyyət göstərən kafelərdə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı normativ tələblərin pozulduğu məlum olub.
Agentlikdən "Far.Az"un yerli bürosuna verilən məlumata görə, qida obyektlərində sanitar-gigiyenik tələblərə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təmin olunmadığı aşkarlanıb.
Faktla bağlı təxirəsalınmaz tədbirlər görülüb, kafelərin fəaliyyəti dayandırılaraq icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlandı
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Qarabağ" mövsümü qələbə ilə başa vurub
-
Dünyanın 103 ölkəsindən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
DİM 3 şəhərdə təkrar imtahan keçirəcək
-
Qurbanlıq heyvanların satışı və kəsiminə nəzarət gücləndirilir
-
Azərbaycanın postmünaqişə bərpası sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib
-
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib













