“Bakı” qəzetinin yaradılmasından 67 il ötür
Bu gün “Bakı” qəzetinin yaradılmasından 67 il ötür.
“Far.Az”un məlumatına görə, ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görən “Bakı” qəzeti beş il sonra iyulun 1-də rus dilində şəhər qəzeti kimi fəaliyyətə başlayıb.
Mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını olan qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyev olub.
Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli - B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər formalaşıb.
Qəzet əvvəlcə kiçik formatda fəaliyyətə başlayıb. Sonradan oxucu marağını xüsusilə də rus oxucularını nəzərə alıb onun həcmini genişləndirərək “Baku” qəzetinin də paralel nəşrinə başlanılıb.
N.İmanquliyev "Bakı" qəzetinin əsasının qoyulması barədə vaxtilə təəssuratlarını belə paylaşıb:
"Bir gün Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırova yeni qəzet yaratmaq istədiyim barədə məktub yazdım. Mənim məktubumu yuxarılara çatdırırlar. Baxılıb qərar çıxarıldı. Onda belə idi ki, bizim Mərkəzi Komitənin hər hansı bir qərarı mütləq Moskvaya göndərilməli idi. Belə də oldu. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindən xahiş olunurdu ki, Azərbaycanın paytaxtı Bakı şəhərində qəzet çıxarılmağa icazə verilsin. Mircəfər Bağırov bir müddət sonra məni çağırıb Moskvanın yeni qəzet çıxarmaq barədəki qərarımızı təsdiqlədiyini dedi".
Qeyd edək ki, bu gün “Bakı” qəzeti Bakı Şəhər İcra hakimiyyətinin dəstəyi ilə dövrün tələbinə uyğun olaraq Baki-Baku.az adı ilə onlayn formatda fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Azərbaycanda rels avtobuslarının tətbiqi ilə bağlı AÇIQLAMA
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb
-
2026-cı ildə Ukraynanı nə gözləyir?













