Azərbaycanla Ermənistan Gürcüstandan başlayaraq İranadək sərhədin delimitasiyası barədə razılığa gəlib
Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.
"Report" xəbər verir ki, görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.
Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.
Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Azərbaycanla Ermənistan Delimitasiya Komissiyalarının Əsasnaməsi bu gündən qüvvəyə minir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir













