Yasamalda müəmmalı ev mübahisəsi
Paytaxtın Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən evlə bağlı mübahisə yaranıb. Kərimovlar ailəsi 2011-ci ildə məhkəmə qaydasında evə dair dövlət reyestrindən çıxarış alaraq mülkiyyət hüququnu rəsmiləşdirib.
Lakin ailənin sözlərinə görə, illər sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova evə dair iddia qaldırıb və məhkəmə onun tələblərini təmin edib.
BAKU.WS Baku TV-yə istinadən bildirir ki, şikayətçi Riyad Kərimovun sözlərinə görə, ailə 2011-ci ildə evə sənəd almaq üçün Yasamal Rayon Məhkəməsinə müraciət edib:
"2011-ci ildə Yasamal Rayon Məhkəməsinə müraciət etdik ki, evimizə sənəd çıxaraq. Onda məlum oldu ki, bizim evimiz artıq 1998-ci ildə Mərdanova Xumara bağışlama və vərəsəlik yolu ilə keçirilib. Bizim isə bundan heç bir xəbərimiz olmayıb. Bundan sonra yenidən iddia qaldırdıq, qonşulardan ərizələr aldıq. Hakim Ayaz Məmmədov Xumar Mərdanova ilə eyni qrupda oxuduqlarını bildirdi. Onunla əlaqə saxladı və Xumar Mərdanovaya dedi ki, bu insanlar 70 ilə yaxındır burada yaşayırlar. Həmçinin bildirdi ki, Xumar məhkəməyə gəlməyəcək və heç bir iddiası yoxdur. Həqiqətən də belə oldu. 2011-ci ildə alqı-satqı müqaviləsi ləğv olundu, bağışlama müqaviləsi isə atamla bağlandı. Biz çıxarış aldıq".
Digər şikayətçi Nüşabə Hüseynova isə ailənin uzun illərdir həmin evdə yaşadığını və kommunal ödənişlərin də ailə üzvlərinin adına olduğunu bildirib: "Bütün qaz, işıq, su, telefon və zibil ödənişləri mənim anamın adına olub. İndi isə bu Xumar Mərdanovanın kim olduğunu bilmirəm. Hakim öz vəzifəsindən sui-istifadə edir. Hər yerə əli çatır və bizi buradan çıxarır. Doqquz nəfər ilin bu vaxtında harada yaşamalıdır? İllərlə Xumar harada idi? Eşitdi ki, buralar sökülür, gəlib ev istəyir. İndi o hakimdir deyə əli hər yerə çatır? Bir belə adamı çölə-bayıra atmaq olarmı?!".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
-
"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir
-
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
-
Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb
-
Astanada türk dünyasının ortaq gələcəyinə dair müzakirə təşkil olunacaq













