Göyçayda 9 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamına uyğun olaraq, Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax magistral avtomobil yolunun 218-ci km-lik hissəsindən ayrılan Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunu yenidən qurub.
"Far.Az" bu barədə agentliyə istinadən xəbər verir.
Uzunluğu 42,35 kilometr olan yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Layihəyə uyğun yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilib.
Layihə üzrə yol boyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu və müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunaraq yeni yataq inşa edilib. Sözügedən işlər yekunlaşdıqdan sonra yeni yol əsasının inşası və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunub.
Yol boyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də aparılıb.
Layihə üzrə yolun Ulaşlı Şıxlı hissəsində 39,6 metr uzunluğa malik yeni avtomobil körpüsü də inşa olunub.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılmasının və yola üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub və yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, əhalinin sosial rifah halına müsbət təsir edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolu əsaslı şəkildə yenidən qurulub
Neftçalada 42 km uzunluğa malik yolların yenidən qurulması yekunlaşıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...
-
Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
-
Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - 1 saat keçib













