Neftçalada 42 km uzunluğa malik yolların yenidən qurulması yekunlaşıb
Far.Az xəbər saytı

Neftçalada 42 km uzunluğa malik yolların yenidən qurulması yekunlaşıb


Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunda aparılan yenidənqurma işləri artıq bitib.

Bu barədə “Far.Az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Yolun 30 km uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 km təşkil edən Qaçaqkənd–Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib.

Yolun yararsız örtüyü sökülüb, yararsız qrunt qaılaraq çıxarılıb, əks-dolğu işləri aparılaraq yeni yol yatağı inşa edilib. Ardınca yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, yol əsasının tikintisi aparılıb.

Layihəyə uyğun olaraq yolboyu suların ötürülməsi təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik suötürücü borular quraşdırılıb, zəruri ərazilərdə istinad divarları inşa edilib. Bununla yanaşı, layihənin Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülər təmir edilib.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri icra edilib.

Avtomobil yollarının yenidən qurulması 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında rahat gediş-gəlişi, yük və sərnişin daşımasını asanlaşdırmaqla, əhalinin sosial rifah halına müsbət təsir edəcək kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər