Suriyanın yeni hakimiyyəti ölkənin Ərəb Dövlətləri Liqasına qayıdacağına ümid edir
Dəməşqin yeni hakimiyyəti Ərəb Dövlətləri Liqasının Suriya xalqının iradəsini dəstəkləyəcəyinə və ölkənin regional təşkilata qayıdacağına ümid edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani təşkilatın baş katibinin köməkçisi Hüsam Zəkinin başçılıq etdiyi nümayəndə heyəti ilə Dəməşqdə görüşdən sonra bildirib.
"Ümid edirik ki, Ərəb Dövlətləri Liqası Suriya xalqının iradəsini dəstəkləyəcək və tezliklə ora qayıdacağıq", - o qeyd edib.
Dəməşqin Ərəb Dövlətləri Liqasına üzvlüyü 2011-ci ilin noyabrında silahlı münaqişəyə çevrilən daxili böhranın pik nöqtəsində dayandırılıb. 2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra bir çox ərəb dövlətləri Suriya ilə yaxınlaşıb və ona böyük humanitar yardım göstərib. 2023-cü il mayın 7-də Ərəb Dövlətləri Liqasının Şurası Qahirədə keçirilən təcili iclasda Suriyanın regional birliyə qayıtması barədə qərar qəbul edib. Suriyanın keçmiş lideri Bəşər Əsəd 2023-cü il mayın 19-da 2010-cu ildən bəri ilk dəfə olaraq təşkilatın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən sammitində iştirak edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













