"Vulverhempton"un müdafiəçisi karyerasını "Mançester Yunayted"də davam etdirə bilər
Far.Az xəbər saytı

"Vulverhempton"un müdafiəçisi karyerasını "Mançester Yunayted"də davam etdirə bilər


İngiltərənin "Vulverhempton" klubunun müdafiəçisi Rayan Ait-Nuri karyerasını Premyer Liqanın digər təmsilçisi "Mançester Yunayted"də davam etdirə bilər.

"Far.Az" "The Independent"ə istinadən xəbər verir ki, Mançester klubu 23 yaşlı əlcəzairli futbolçunun transferində maraqlıdır.

Baş məşqçi Ruben Amorim qış fasiləsində müdafiənin sol cinahını bu futbolçu ilə gücləndirmək niyyətindədir.

Qeyd edək ki, hazırkı dəyəri 35 milyon avro qiymətləndirilən müdafiəçinin "Canavarlar"la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Futbolçu cari mövsümdə 22 oyun keçirib, 4 qol vurub və beş məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İngiltərə Premyer Liqası: “Liverpul” turnir cədvəlinin lideri olub
"Mançester Yunayted"in yeni baş məşqçisi komandanın hazırkı durumundan narazıdır
"Mançester Yunayted" İspaniya klubunun futbolçusu ilə maraqlanır
"Qalatasaray" axtardığı sol cinah müdafiəçisini "Yanq Boyz"da tapdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər