Azərbaycanla BP arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb
Far.Az xəbər saytı

Azərbaycanla BP arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb


İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə səmərəli əməkdaşıq və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıb.

"Far.Az" xəbər verir ki, bu barədə M.Cabbarov "X" hesabında yazıb.

"Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətin yaşıl enerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr apardıq", - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib
Cəbrayıldakı “Şəfəq” GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıb
Davosda Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyası müzakirə edilib
COP29 sədrliyi iqlim fəaliyyəti üçün investisiyaların cəlb edilməsini müzakirə edib
Təhsil Forumu çərçivəsində elmin iqtisadiyyata təsiri ilə bağlı müzakirələr aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər