BOEMDA: Bu il dənizdə külək enerjisi layihələrinə xüsusi diqqət ayrılacaq
Far.Az xəbər saytı

BOEMDA: Bu il dənizdə külək enerjisi layihələrinə xüsusi diqqət ayrılacaq


2025-ci ildə Azərbaycan dənizdə külək enerjisi layihələrinə xüsusi diqqət ayıracaq.

Bunu "Far.Az"a müsahibəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq ilkin ölçmələr artıq aparılıb: “Daha genişmiqyaslı tədqiqatlara başlanılması və investorların bu prosesə cəlb olunması nəzərdə tutulur. Bu layihələr “yaşıl enerji” istehsalına böyük töhfə verəcək və Azərbaycanın enerji sektorunda yeni imkanlar yaradacaq. Sözsüz ki, bu sahədə işlər kifayət qədər mürəkkəbdir, gözlənilməz çətinliklər ortaya çıxa bilər. Lakin mərhələli şəkildə bu çətinliklərin həlli üçün addımlar atılır. Planlarımız dinamikdir, yeni tələblərə uyğun olaraq mütəmadi yenilənir. Qarşımıza qoyulan məqsədlərə nail olmaq üçün bütün gücümüzlə çalışırıq”.

C.Abdullayev bildirib ki, bərpa olunan enerji mənbələrinin digər növləri, xüsusən də bioenerji və geotermal enerji sahəsində də irəliləyişlər var: “Bu sahələr üzrə təhlillər artıq tamamlanıb və aidiyyəti qurumlara təqdim olunub. Geotermal enerjidən istifadə imkanlarının daha dərindən öyrənilməsi istiqamətində işlər davam edir”.

C.Abdullayevlə geniş müsahibəni buradan oxuya bilərsiniz.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər