"Azəriqaz"ın rəhbəri Salyan sakinləri ilə görüşüb
Far.Az xəbər saytı

"Azəriqaz"ın rəhbəri Salyan sakinləri ilə görüşüb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, vətəndaş qəbuluna Salyanla yanaşı, Sabirabad, Cəlilabad, Lənkəran və digər qonşu rayonlardan olan sakinlər də təşrif buyurublar.

Ümumilikdə 22 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib ki, burada da sahibkarların müraciətləri üstünlük təşkil edib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, sahibkarlara məxsus istixana və ictimai iaşə obyektlərinin qazla təmin edilməsi ilə bağlı müraciətlər ünvanlanıb.

Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə və sahibkarlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər