Diskvalifikasiya olunan azərbaycanlı futzalçı: “25 ildir oynayıram, hələ belə hakim ədalətsizliyi görməmişdim"
25 ildir futbol oynayıram, hələ belə hakim ədalətsizliyi görməmişdim.
Bunu “Report”a açıqlamasında Azərbaycan Kubokunun 1/4 finalında “Neftçi” İK klubuna qarşı matçdan sonra AFFA-nın İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifikasiya olunan “Star Kargo”nun futzalçısı Qərib İbrahimov deyib.
36 yaşlı oyunçu hakimlərin həmin görüşdə ədalətsiz qərarlar verdiyini söyləyib:
“Hakimlər oyunu idarə edə bilmirdilər. Onsuz da klublar arasında səviyyə fərqi böyükdür. Rəqibin aşkar üstün olduğu görünürdü. Sadəcə, biz danışanda oyunçularımıza sarı vərəqə göstərirdilər. Ancaq hakimlərin üstünə qışqırmalarına baxmayaraq, rəqib komandaya heç nə deyilmirdi. Hakimlərin rəqibə simpatiya göstərdiyi görünürdü. Mən haqsızlığı qəbul etməyən insanam. Belə halları görəndə etirazımı bildirirəm, elə buna görə də hər yerdə qırmızı vərəqə alıram. Hakimə etirazımı bildirdim ki, olmayan cərimə zərbəsini qeydə alırsan. Nəticədə qırmızı vərəqə gördüm, əsəbiləşdim və artıq ifadələr işlədim. 25 ildir futbol oynayıram, hələ belə hakim ədalətsizliyi görməmişdim. Gözlərinin qarşısında baş verən qayda pozuntularını görmürlər. Mən də haqsızlıq görəndə aqressivləşirəm”.
Q.İbrahimov daha futzala qayıtmayacağını da əlavə edib:
“Daha futzala qayıtmayacağam. Hazırda I Liqada çıxış edən “Baku Sportinq”dəyəm. Bu “Star Kargo”da sonuncu oyunum idi”.
Qeyd edək ki, “Neftçi” İK - “Star Kargo” matçı birincilərin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb. Q.İbrahimovun cəzalanmasına matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadəyə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərməsi səbəb olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
AFFA-nın 5 oyunluq cəzalandırdığı mütəxəssis: "Oyun zamanı dözə bilmədim, kəskin etirazımı bildirdim"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













