Qvardiola Xusanov ilə ünsiyyət qurmaq üçün özbəkcəni öyrənməli ola biləcəyini bildirib
Far.Az xəbər saytı

Qvardiola Xusanov ilə ünsiyyət qurmaq üçün özbəkcəni öyrənməli ola biləcəyini bildirib


İngiltərə Premyer Liqasında çıxış edən “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın özbəkistanlı müdafiəçisi Abdukodir Xusanovla ünsiyyət qurmaq üçün özbəkcə öyrənməli ola biləcəyini irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə ispaniyalı çalışdırıcı oyunsonrası mətbuat konfransında deyib.

Şənbə günü “şəhərlilər” doğma meydanda “Çelsi”ni 3:1 hesabı ilə məğlub ediblər. Ev sahiblərinin heyətində yanvarın 20-də kluba keçmiş Xusanov debüt edib. Oyunun başlanğıcında qonaqlar müdafiəçinin öz komanda qapıçısına uğursuz ötürməsindən sonra hesabı açıblar.

“Öyrənəcək, cavandır və bundan dərs çıxaracaq. İngiliscə danışmır, ona görə də belə anlarda deyəcək sözüm yoxdur. Səhv etdiyini bilir, belə vəziyyətdə nə deyə bilərəm? Səhvlərə yol vermək istəmir, biz də bunu bilirik. Görünür, onunla ünsiyyət qurmaq üçün rusca və ya özbəkcə öyrənməli olacağam”, – baş məşqçi söyləyib.

O həmçinin Xusanovun ikinci hissənin əvvəlində əvəzlənməsinə də aydınlıq gətirib: “Sarı karta görə əvəzlədim, səhvə görə yox”.

Qeyd edək ki, “Mançester Siti” (41 xal) turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Xusanovun komandası növbəti tur “Arsenal” səfərinə gedəcək. 47 xala malik “topçular” ikinci yerdədirlər. Turnir cədvəlinin lideri isə Arne Slotun “Liverpul”udur (53).

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər