Aİ-nin ali nümayəndəsi Rusiyaya qarşı sanksiyaların uzadılacağına ümid edir
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib ki, xarici işlər nazirlərinin bu gün keçiriləcək iclasında Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılması ilə bağlı ölkələrin razılığına nail olacağına ümid edir.
“Far.Az” xəbər verir ki, o, bu barədə Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl bildirib.
"Mən sanksiyaların uzadılması ilə bağlı qərar qəbul ediləcəyini gözləyirəm", - o qeyd edib.
Daha əvvəl Macarıstan Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılması səbəbindən sanksiyaların uzadılmasını bloklamaqla hədələyirdi. Lakin bu gün Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, əgər Avropa İttifaqı ölkənin enerji təchizatının təhlükəsizliyini təmin etməyə söz verərsə, Budapeşt sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edə bilər.
Sanksiyaların müddəti yanvarın 31-də başa çatır. Tədbirlərin uzadılması üçün Aİ-nin üzvü olan bütün ölkələrin razılığı tələb olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Macarıstan XİN Rusiyaya qarşı sanksiyaların dəstəklənməsi üçün şərti açıqlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













