"Barselona" "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir
Far.Az xəbər saytı

"Barselona" "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir


İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçisi "Mançester Siti"də çıxış edən Ceremi Dokunu transfer etmək istəyir.

"Report" xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi belçikalı futbolçunu mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. Lakin maliyyə çətinliyi ucbatından oyunçunun maaşı ilə bağlı "şəhərlilər"lə razılaşa bilməyəcəklərindən ehtiyatlanırlar.

Vinger az forma şansı əldə etdiyi üçün də narazıdır.

Qeyd edək ki, Ceremi Doku cari mövsüm bütün turnirlərdə Mançester təmsilçisinin heyətində 22 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər