Nazir: “Yağıntıların azalması və növbəli əkin aparılmaması dəmyə ərazilərdə məhsuldarlığı azaldır”
Far.Az xəbər saytı

Nazir: “Yağıntıların azalması və növbəli əkin aparılmaması dəmyə ərazilərdə məhsuldarlığı azaldır”


İqlim dəyişikliyi, yağıntıların azalması dəmyə əkinlərdə məhsuldarlığın aşağı düşməsinin əsas səbəblərindən biridir.

“Far.Az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov dəmyə əkinlərin sahəsinin nisbətən azalması ilə bağlı sualı cavablandırarkən bildirib.

O, qeyd edib ki, dəmyə əkinlərdə məhsuldarlıq ilk növbədə yağıntıların miqdarından asılı olur.

“Dəmyə ərazilərdə orta məhsuldarlığın aşağı düşməsi əsasən yağıntıların miqdarının azalması ilə bağlıdır. Başqa bir obyektiv səbəb isə həmin torpaqlarda fasiləsiz olaraq hər il eyni bitkinin becərilməsidir. Növbəli əkinin aparılmaması, torpaqların dincə qoyulmaması torpağın keyfiyyətinə mənfi təsir göstərir, məhsuldarlığı azaldır. Bu ildən başlayaraq torpaqların dincə qoyulmasının stimullaşdırılması istiqamətində müəyyən addımlar atılacaq”, - deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər