Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qlobal Əmək Bazarı Konfransında iştirak edib
Əmək və əhalinin sosial müdafiəsi nazirin müavini Vüsal Nəsirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən II Beynəlxalq Əmək Bazarı Konfransında iştirak edib.
"Far.Az" xəbər verir ki, “Əmək bazarının gələcəyi” şüarı altında təşkil olunan Konfrans qlobal əmək bazarlarında mövcud problemlər və çağırışların, insan kapitalının inkişafı məsələlərinin və sürətlə dəyişən mühitə uyğunlaşma yollarının müzakirəsinə həsr olunub.
Konfransda Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli Azərbaycanda əmək münasibətləri sahəsində aparılan islahatlar, yaşlı işçilərlə bağlı proqramlara dair məruzə ilə çıxış edib, tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.
Səfər çərçivəsində E.Səfərlinin Səudiyyə Ərəbistanı Krallığının İnsan Resurslarının İnkişafı Fondunun tabeliyində Əmək Bazarı üzrə Milli Observatoriyanın rəhbər şəxsləri ilə görüşləri olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Elnur Səfərli: "Milli Observatoriya Qarabağdakı iş adamlarının fəaliyyəti ilə bağlı təkliflər hazırlayıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib













