KİV: “Liverpul”un sabiq kapitanı “Monako”ya keçmək üçün “Ayaks”la münaqişəyə girib
Hazırda “Ayaks”da çıxış edən “Liverpul”un keçmiş kapitanı Cordan Henderson Amsterdam klubunu tərk edərək Fransanın “Monako”suna keçmək niyyətindədir. “Ayaks” rəhbərliyi hələlik qəti şəkildə bunun əleyhinədir ki, bu da “Qalatasaray”la matç günü münaqişəyə səbəb olub.
“Far.Az” xəbər verir ki, bu barədə Niderlandın qəzeti yazıb.
“Ayaks” “Qalatasaray” üzərində mühüm qələbə (2:1) qazanaraq Avropa Liqasının pley-offuna çıxışını təmin edib. Lakin əsas müzakirə mövzusu amsterdamlıların qələbəsi deyil, Cordan Hendersonun davranışı olub. İngiltərəli futbolçu kapitan kimi meydana çıxmaqdan imtina edib və matçdan əvvəl 2026-cı ilə qədər müqaviləsi olmasına baxmayaraq, “Monako”ya pulsuz keçirilməsini tələb edib.
Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda uğursuz dönəmdən sonra Henderson 2024-cü ilin yanvarında “Ayaks”a qoşulub. Yayda formaya düşərək yeni məşqçi Françesko Fariolinin rəhbərliyi altında əsas oyunçuya çevrilib. Lakin indi onun kluba münasibəti rəhbərlik və azarkeşlərdə məyusluq yaradır.
Klubdakı mənbə 34 yaşlı yarımmüdafiəçinin inadkar olduğuna diqqət çəkib. Belə ki, “Monako”ya buraxılmasa, Henderson meydana çıxmaqdan imtina edəcək. Artıq “Qalatasaray”la matçda onun əvəzinə kapitan sarğısını qapıçı Remko Pasver taxıb.
“Ayaks” Hendersonu Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə vacib oyunçu hesab edir. Lakin onun davranışı klubun qərarına təsir edə bilər. Vəziyyətə baxmayaraq, Henderson “Qalatasaray”a qarşı keyfiyyətli oyun nümayiş etdirsə də, komandanın qollarında birbaşa rol almayıb, əvəzlənəndə isə azarkeşlərlə vidalaşarcasına sağollaşıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Cerrard “Əl-İttifaq”ın məşq vaxtlarını “Liverpul”un oyunlarını nəzərə alaraq təyin etdiyini etiraf edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













