Braziliya Superkubokunun matçında yağış səbəbindən fasilə yaranıb
Far.Az xəbər saytı

Braziliya Superkubokunun matçında yağış səbəbindən fasilə yaranıb


Braziliya Superkubokunun "Flamenqo" - "Botafoqo" matçı yağış səbəbindən fasilə yaranıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Botafoqo”nun mətbuat xidməti məlumat yayıb.

Görüş Braziliyanın Belen şəhərində keçirilib. Qarşılaşma 15-ci dəqiqədə hesab 1:0 "Flamenqo"nun xeyrinə olarkən dayandırılıb. Aramsız yağan yağış səbəbindən meydança matçı davam etdirmək üçün yararsız hala düşüb.

Oyunun başlanğıcında hakim matçı 30 dəqiqə dayandıra, sonra isə onun bərpasını daha yarım saat gecikdirə bilər. Bundan sonra matçın davam etdirilməsinə və ya təxirə salınmasına qərar verilməlidir. Nəhayət, hakimlər komitəsi ilkin fasilədən bir saat sonra matçın davam etdirilməsinə icazə verib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər