Biləsuvarda ovçuluq təsərrüfatında bu il köçəri quşların sayı 40-50 minə çatıb
Far.Az xəbər saytı

Biləsuvarda ovçuluq təsərrüfatında bu il köçəri quşların sayı 40-50 minə çatıb


Biləsuvar rayonu ərazisində yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında köçəri quşların sayı 40-50 min civarındadır.

"Report"un Muğan bürosunun məlumatına görə, miqrasiya mövsümünə uyğun olaraq təsərrüfat ərazisinə ov quşları - qaşqaldaq, ördək və s. köç ediblər.

Ötən illərlə müqayisədə köç edən quşların ümumi sayında beş dəfəyə yaxın artım olub.

Belə ki, ötən illərdə təsərrüfat ərazisinə ilboyu miqrasiya edən quşların sayı 10-12 min civarında olurdusa, bu il isə bu göstərici 40-50 min civarına çatıb.

Bunun əsas səbəbinin isə bu il ov mövsümünün gec açılması göstərilir.

Qeyd edək ki, Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir və sahəsi 7 min 136 hektardır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər