Azərbaycan Tatarıstanla enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan və Rusiyanın Tatarıstan Respublikası arasında enerji əməkdaşlığı müzakirə edilib.
“Far.Az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovun Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycanla Tatarıstanın enerji şirkətləri arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Neft və neft-kimya, təcrübə mübadiləsi, insan kapitalının inkişafı, eləcə də elektrik enerjisi sahəsində yeni texnologiyaların tətbiqi ilə enerji obyektlərinin rəqəmsallaşdırılması, paylayıcı elektrik şəbəkələrinin obyektlərinin avtomatlaşdırılması, avadanlıqlar istehsalı kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Perspektivli layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı bu səfərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin, o cümlədən enerji əməkdaşlığının inkişafına təkan verəcəyi qeyd edilib və qarşılıqlı faydalı tərəfdaşlığa dəstək ifadə edilib.
Həmçinin Azərbaycan tərəfi bu ilin aprelində Kazanda keçiriləcək enerji və enerji səmərəliliyi üzrə Tatarıstan Beynəlxalq Forumunda iştiraka dəvət edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
"Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













