BP bu il AÇG-də 19 quyu qazmağı planlaşdırır
Far.Az xəbər saytı

BP bu il AÇG-də 19 quyu qazmağı planlaşdırır


BP şirkəti 2025-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 19 quyu qazmağı nəzərdə tutur.

“Report” xəbər verir ki, bu barədə şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris Bakıda keçirilən “IADC Drilling Caspian 2025” konfrans və sərgisində bildirib.

"Biz 2024-cü ildə 18 quyu qazmağı planlaşdırırdıq, lakin nəticədə 19 quyu qazdıq. Bu il də eyni həcmi nəzərdə tuturuq. Biz platformalarda qazma işlərinin səmərəliliyinin artırılması üzərində işləməyə davam edirik", - R.Morris qeyd edib.

Onun sözlərinə görə, BP quyuların məhsuldarlığını artırmaq üçün müasir texnologiyalardan fəal şəkildə istifadə edir.

"Hər şey laya nüfuz etmədən asılıdır. Texnologiyalar maksimum neft hasilatını təmin etmək üçün rentabelli və səmərəli olmalıdır. Biz həmçinin üfüqi quyular da qazırıq ki, bu da layın açılma zonasını genişləndirməyə, depressiyanı azaltmağa və səmərəliliyi artırmağa imkan verir", - vitse-prezident bildirib.

R.Morris perspektivli istiqamətlərdən biri kimi çoxdibli quyuları (multilaterals) nümunə gətirib. 2025-ci ildə şirkət “Qərbi Azəri” platformasında belə bir quyu, 2026-cı ildə isə daha bir quyu qazmağı planlaşdırır ki, bu da məhsuldar layları maksimum açmağa imkan verəcək.

"Texnologiyalar baxımından bizi maraqlı iş gözləyir. Bu, təkcə AGT məkanında deyil, bütün Xəzər regionunda fəaliyyət üçün əla zamandır", - o əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər