Gəncədə məktəbdə siqaret çəkən və təhqiramiz ifadələr işlədən şagirdlə bağlı protokol tərtib olunub
Far.Az xəbər saytı

Gəncədə məktəbdə siqaret çəkən və təhqiramiz ifadələr işlədən şagirdlə bağlı protokol tərtib olunub


Gəncədə məktəbdə siqaret çəkən və təhqiramiz ifadələr işlədən şagirdlə bağlı protokol tərtib olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində yerləşən orta məktəblərdən birinin 10-cu sinif şagirdi olan E.M məktəbdə siqaret çəkib, digər şagirdləri təhqir edib və bunu videoya çəkərək sosial şəbəkədə paylaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, görüntülərlə bağlı müvafiq tədbirlər görülüb və aidiyyəti dövlət komissiyanın nümayəndələri ilə birgə polis əməkdaşları həmin məktəbdə olublar.

“Şagird və onun valideyni ilə profilaktik iş aparılaraq, bu barədə protokol tərtib olunub”, - DİN rəsmisi vurğulayıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər