Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib
Far.Az xəbər saytı

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib


Cinayət işində olan sübutlar tarixi faktlara əsaslanmaqla göstərir ki, törədilmiş cinayətlər ayrı-ayrı təsadüfi hadisələr olmayıb, onlar ən yüksək səviyyədə mütəşəkkil qaydada planlaşdırılaraq qəddarlıqla və amansızlıqla törədilib.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin barəsində olan cinayəti işləri üzrə məhkəmə proseslərinin baxış iclası zamanı dövlət ittihamını müdafiə edən prokuror bildirib.

O, məhkəmə iştirakçılarına müraciət edərək hazırkı məhkəmə prosesinin tarixi əhəmiyyətini vurğulayıb:

“Hazırkı məhkəmə prosesi ədalətin bərqərar olması naminə keçirilir.

Məhkəmə prosesində aydın olacaq ki, tədqiq və təqdim edilən cinayətlər Ermənistan dövlətinin siyasi, hərbi, maddi və digər dəstəyi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin verdiyi göstəriş və təlimatları nəticəsində törədilib.

Bu məhkəmə prosesi, həmçinin belə dəhşətli cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün mühüm tarixi əhəmiyyət kəsb edir. Məhkəmə prosesində sübut olunacaq ki, müharibə cinayətkarları üçün təhlükəsiz sığınacaq, məkan yoxdur və beynəlxalq münasibətlər güc və zorakılıqla deyil, hüquq və qanunla nizamlanmalıdır”.

Oxşar xəbərlər

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər