FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı məktəblərdə tədbirlər keçirib
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə "Far.Az"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat, Nəsimi rayonu 23 və Binəqədi rayonu 157 nömrəli tam, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 18 nömrəli uşağ bağçasında, Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbində tədbirlər keçirilib.
Bunlarla yanaşı Sumqayıt Bələdiyyəsinin 16-cı mikrorayon 51-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsinin nümayəndələri ilə, Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa şəhəri A.Abdullayev adına 2 nömrəli və Ağstafa rayonu Saloğlu qəsəbəsi A.Nərimanov adına tam orta, Tovuz rayonu Z.Yusifov adına Bayramlı kənd və Düz Qırıqlı kənd 1 saylı tam orta, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonu Heydər Əliyev Mərkəzində və Tarix-Diyarşünaslıq Muzeyində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayonu 1 nömrəli tam orta, Aran Regional Mərkəzi tərəfindən Yevlax şəhər 4 nömrəli və Ağdaş şəhər 2 nömrəli tam orta, Şimal Regional Mərkəzi tərəfindən Quba şəhər 3 nömrəli tam orta məktəblərində də maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib













