Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri açıqlanacaq
Far.Az xəbər saytı

Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri açıqlanacaq


Bu həftə Bakıda 2023-cü ildə yaradılan Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri təqdim ediləcək.

“Report” bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir.

Fondun maliyyələşdirmə qaydaları və qəbul edilən layihələr üzrə meyarlar ilk dəfə Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) tərəfindən təşkil olunan biznes liderləri üçün məlumatlandırma görüşündə rəsmi şəkildə açıqlanacaq.

Bundan əlavə, tədbirdə türk dövlətlərində, xüsusilə Azərbaycanda biznes və investisiya imkanları barədə geniş təqdimatlar keçiriləcək, həmçinin B2B görüşlər təşkil olunacaq.

Qeyd edək ki, 2025-ci il üçün Türk Ticarət və Sənaye Palataları Birliyinə rəhbərlik Azərbaycana keçib və TCCI-da ölkəni ASK təmsil edir.

Türk İnvestisiya Fondunun əsas məqsədi türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına töhfə verməkdir. Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edir.

Xatırladaq ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankarada, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü çərçivəsində imzalanıb. Fond 2024-cü ildən tam fəaliyyətə başlayıb.

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanı iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər