FHN rəsmisi: Hoteldə yanğınla bağlı təlim zamanı şərti xəsarət alan şəxslər hadisə yerindən təxliyə olunub
Bakıda hotellərdən birində yanğınla bağlı təlim zamanı şərti xəsarət alan şəxslər hadisə yerindən təxliyə olunub.
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, FHN müvafiq əsasnamələrinə və rəhbər sənədlərə uyğun olaraq ölkə ərazisində maarifləndirmə tədbirlərini həyata keçirir:
"Bu təlim mehmanxanaların yanğın təhlükəsizliyi mövzusuna həsr olunub. Təlimdə nazirliyin canlı qüvvəsi, o cümlədən texnikaları cəlb olunmaqla ümumi yanğın təhlükəsinə dair tələblər və yanğınsöndürmə əməliyyat şəraiti qiymətləndirilib. Təlimin keçirilməsində məqsəd hotelin işçi heyətinin, personalın yanğın zamanı davranış, həmçinin binanın yanğın təhlükəsi qaydalarının tələblərinə uyğun saxlanılması kimi əhəmiyyət daşıyan vərdişləri onlara aşılamaqdan ibarət olub".
C.Xudiyev bildirib ki, təlimdə baş verən yanğın hadisəsi zamanı şərti xəsarət almış şəxslərin hadisə yerindən təxliyə olunması, o cümlədən personal tərəfindən binada qeydiyyatdan keçmiş qonaqların toplama məntəqələrinə yönəldilməklə, onların təxliyəsinin düzgün təşkil olunması kimi məsələlərə xüsusi yer verilib.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi













